Mikayıl Cabbarov rəsmi qəbulda: "BƏƏ Azərbaycana 2,2 milyard dolları investisiya qoyub"

img

02-12-2019 [20:47]


"Bu günə qədər Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycana 2,2 mlrd. ABŞ dolları investisiya qoyub. Azərbaycan isə bu ölkəyə 347 mln. dollar sərmayə yatırıb".

Bu fikirləri Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin yaranmasının 48-ci ildönümü münasibətilə Bakıda təşkil olunan rəsmi qəbulda deyib.

Onun sözlərinə görə, bu il iki ölkə arasında ticarət dövriyyəsi 26% artıb: "2018-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 38% artaraq 54,4 mln. dollar, bu ilin ilk 10 ayında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 26% artaraq 57 mln. dollara çatıb".

Nazir həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı haqlı mövqeyinə görə BƏƏ-yə minnətdarlığını bildirib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR