Ağstafada yol qəzası baş verib, 5 nəfər xəsarət alıb

02-12-2019 [19:38]
Ağstafa rayonunda yol qəzası baş verib.

Hadisə rayonun Dağ Kəsəmən kəndi ərazisində qeydə alınıb. 

Belə ki, iki avtomobil toqquşub. Nəticədə 5 nəfər Qazax rayon sakinləri - Alməmmədli Rəvan (2005), Nuriyeva Aytən (1984), Məmmədova Tahirə (1999), Ağstafa rayon sakinləri - Əlizadə Əli (1993) və Əliyeva Samirə (1998) müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır/Report.


SON XƏBƏRLƏR