"Xəbər məni dərindən kədərləndirdi" - Prezident Putinə məktub göndərdi

02-12-2019 [17:52]

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib. 

Mia.az-ın məlumatına görə, başsağlığında deyilir:

"Hörmətli Vladimir Vladimiroviç,

Zabaykalyedə yol-nəqliyyat hadisəsi nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm".



SON XƏBƏRLƏR