Ağcabədidə narkotik satan şəxs saxlanıldı

img

02-12-2019 [17:46]


Ağcabədi rayonunda narkotik maddələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb. 

Mia.az DİN-ə istinadla bildirir ki, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Hindarx qəsəbə sakini, 1974-cü il təvəllüdlü Elsevər Tariel oğlu İsmayılov saxlanılıb. 

Axtarış zamanı onun üzərindən 0,7 qram heroin və 2.5 qram marixuana aşkar edilərək götürülüb. Daha sonra E.İsmayılovun yaşadığı Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış zamanı yataq otağındakı dolabdan 6 bükükdə ümumi çəkisi 215 qram olan heroin, 2 bükükdə ümumi çəkisi 17.7 qram metamfetamin, 3 bükükdə ümumi çəkisi 70,8 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR