"Hadisə ötən həftə sınaq işləri zamanı baş verib" - Bakı-Pirşağı dəmir yolu xəttində qatar qəzaya düşüb

img

02-12-2019 [17:35]


"Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova Bakı-Pirşağı dəmir yolu xəttində qatar qəzası baş verməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

N.Bayramova bildirib ki, hadisə ötən həftə sınaq işləri zamanı baş verib:

"Hazırda həmin yolda hərəkət davam etdirilir, bu gün həmin yolla sərnişin daşınması işi həyata keçirilib. Yenidənqurmadan sonra bu gün əhalinin istifadəsinə verilmiş Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xətti ilə bağlı belə bir xəbərin gündəmə gətirilməsi belə bir layihəyə kölgə salmaq cəhdidir. Mən belə bir layihə ilə bağlı bu cür qərəzli informasiya verilməsindən çox təəssüflənirəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR