"Potensial düşəmənlər hücuma mütləq cavab verəcəyini bilərsə..." - NATO-nun Baş Katibindən Makrona mesaj

img

02-12-2019 [17:15]


"5-ci maddə NATO-nun nüvəsidir”.

"Haber7” xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Fransa prezidenti Emmanuel Makronun Alyansın 5-ci maddə ilə bağlı çıxışına münasibət bildirərkən deyib.

"5-ci maddə NATO-nun nüvəsidir. Bu, hamımız birimiz, birimiz hamımız üçün deməkdir. Potensial düşəmənlər istənilən hücumun ittifaqın bütün üzvlərinə edildiyini və buna Alyansın mütləq cavab verəcəyini bilərsə, hücum etməz. Birlikdə dünyanın ən böyük hərbi gücüyük. 5-ci maddə müqavilənin bir öhdəliyidir. Fransadan və bütün müttəfiqlərdən bu maddənin yanında olmasını gözləyirəm”, - deyə o qeyd edib.

Y.Stoltenberq Alyans daxilində fərqli düşüncələrin olmasına baxmayaraq dekabrın 3-də Londonda keçiriləcək NATO sammitində ismarışın da bu yöndə olacağını bildirib.

Qeyd edək ki, Emmanuel Makron noyabrın 6-da "Economist” jurnalına müsahibəsində NATO-nu tənqid edərək Alyansın beyin ölümünün reallaşdığını demişdi. O, Alyansın 5-ci maddəsinə inamının qalıb-qalmadığı ilə bağlı suala cavabında deyib: "Bilmirəm”.

Xatırladaq ki, dekabrın 2-3-də Londonda NATO-nun zirvə toplantısı keçiriləcək. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub