PA-da DAHA BİR TƏYİNAT - 42 yaşlı yeni şöbə müdiri kimdir? + FOTO

img

02-12-2019 [15:46]


Prezident İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb.
 
Mia.az xəbər verir ki, sərəncama əsasən, Gündüz Hacı oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilib.
 
Xatırladaq ki, Gündüz Hacı oğlu Kərimov 1977-ci ildə Qazax şəhərində anadan olub. 1994-cü ildə Göygöl şəhər 1 nömrəli orta məktəbini bitirib.
 
1994-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə daxil olub və 1998-ci ildə bakalavr təhsil pilləsini, 2000-ci ildə isə magistratura təhsil pilləsini fərlqlənmə diplomu ilə bitirib.
 
1998-ci ildə MDB dövlətləri arasında Sankt-Peterburq şəhərində keçirilmiş "Beynəlxalq humanitar hüquq” üzrə müsabiqədə 2-ci yer qazanıb.
 
2002-ci ildə Amerika Birləşmiş Ştatlarının İndiana Universitetinin hüquq fakültəsinin magistraturasını bitirib.
 
2003-2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspirantı olub. 2008-ci ildə "Beynəlxalq xüsusi hüquqda sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi” mövzusunda hüquq üzrə fəlsəfı doktor alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edibr.
 
1998-1999-cu illərdə Aqrar-Sənaye Səhmdar Kommersiya Bankında baş hüquqşünas, 1999-2001-də Beynəlxalq Qırmızı Xaç Komitəsində hüquq məsələləri üzrə assistent işləyib.
 
2002 – 201-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində müəllim, 2011 - 2014 - BDU-nun Hüquq fakültəsinin dekan müavini vəzifəsində çalışıb.
 
2014 – cü ildən DU-nun Dəniz və Enerji Hüququ Mərkəzinin rəhbəri olub. Bundan başqa, o, Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının müəllimi kimi fəaliyyət göstərib.
 
2017-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi təyin edilib.
 
Evlidir, iki övladı var.
 
Prezidentin yüksək vəzifəyə təyin etdiyi məmur kimdir? -
 

Digər xəbərlər
SON XƏBƏRLƏR