Növbəti əfv sərəncamı nə vaxt imzalanacaq?

img

02-12-2019 [11:53]


"Bu ilin sonuna qədər əfv sərəncamının imzalanması gözlənilmir”.

Bu barədə "Report”a Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvlərindən biri məlumat verib.

Bildirilib ki, növbəti əfv sərəncamının 2020-ci il Novruz bayramı ərəfəsində imzalanması ehtimal edilir.

"Prezident yanında Əfv Məsələləri Komissiyasının yaxınlarda iclası olmayıb, bu yaxınlarda da keçirilməsi ilə bağlı məlumat yoxdur. Amma Əfv komissiyasının katibliyi işləyir, daxil olan məlumatlar, ərizələr qəbul edilir və onlarla bağlı müvafiq rəylərin alınması işlərini həyata keçirilir, arayışlar hazırlanır”.

Xatırladaq ki, Prezident İlham Əliyev 16 mart 2019-cu ildə "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalamışdı. Sərəncam 431 məhkuma şamil olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR