"Hər qoyunu öz ayağından asarlar" - Pərvin işdən çıxarılan polisin dəbdəbəli ad günündən danışdı

01-12-2019 [17:07]
Murad mənimlə sevgili oldugu üçün işdən cıxarılmayıb. 

Mia.az xəbər verir ki, tanınmış aktrisa Pərvin Abıyeva sevgili olduğu deyilən Murad Abdullayev haqda azxeber.com-a açıqlama verib.

O bildirib ki, Murad onunla sevgili olduğu üçün işdən çıxarılmayıb:

"Neçə gündür gözləyirəm ki, ara sakitlləşsin, söhbət bir az soyusun. Amma görürəm, mən danışmasam,  olmur. Əvvəla Murad mənimlə sevgili oldugu üçün işdən cıxarılmayıb. Dəbdəbəli ad günü keçirdiyi üçün işdən çıxarılıb". 

Aktrisa həmin məclisdə xeyli adamın iştirak etdiyini bildirib:

"50 nəfərlik məclis idi və həmin məclisdə hər sahədən insanlar var idi: Polisindən tutmuş modelinə kimi. Tanınmış simalar da çox idi. Normal olaraq insanlar doğum günü məclisinə yığışıb və özəl günü öz səhifələrində paylaşırlar. Mən isə heç bir şey paylaşmamışdım. Burada nə məni, nə də səhifəsində paylaşan insanları günahlandırmaq olar. Hər kəsin əqli, şüuru var. Kiminsə də belə bir şey olacağı aglına gəlməzdi. Qismət belə imiş, oldu da. Nə ailə dağıtmışam, nə də körpə uşağı atasız qoymuşam!" 

Pərvin sonda bu məsələdə günahsız olduğunu deyib:

"Kaş belə olmazdı, amma oldu. Mən özümdə zərrə qədər günah görmürəm. Hər qoyunu öz ayağından asarlar. Onu da deyim ki, sevgiyə görə nəinki işdən çıxmağa, ölməyə də dəyər (gülür)”.




SON XƏBƏRLƏR