Qaradağda kişi döyülərək ağır xəsarət alıb

21-11-2019 [22:34]
Bakının Qaradağ rayonunda döyülmə hadisəsi baş verib.

Qobu qəsəbəsində yerləşən "Elmar" marketin yaxınlığında 1986-cı il təvəllüdlü Həbibov Emin İmran oğlu naməlum şəxslərlə mübahisə zəmnində döyülərək ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır/APA.


SON XƏBƏRLƏR