21-11-2019 [19:14]
Beynəlxalq Mətbuat Mərkəzində keçirilən Dəyirmi masa "Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin Azərbaycan Açıq Hökumət Platforması ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi "Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizə sahəsində tədqiqatların aparılması və tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində baş tutub.
Mia.az-a verilən məlumata görə, tədbirdə vətəndaş cəmiyyətinin və dövlət qurumlarının təmsilçiləri 2020-2022-ci illəri əhatə etməsi nəzərdə tutulan yeni Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı ilə bağlı təklifləri müzakirə ediblər.
Layihə eksperti Zaur İbrahimli qeyd edib ki, Azərbaycan 2011-ci ildən Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünə üzv olub: "Hazırda Təşəbbüsə 79 ölkə qoşulub, son səkkiz ildə 100 ikiillik Fəaliyyət Planı qəbul edilib, 3800 öhdəlik müəyyən olunub. 2019-cu ildə 49 ölkədə Açıq Hökumət planları hazırlanır. Azərbaycanda da 2020-2022-ci illəri əhatə edəcək yeni Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planının hazırlanması ilə bağlı müzakirələr başlayıb. Bu məqsədlə Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının əlaqələndirici qurum kimi çıxış etdiyi dövlət orqanları və QHT təmsilçilərindən ibarət İşçi Qrup yaradılıb. İşçi Qrup 2018-ci ildə müzakirələrə başlayıb, 2019-cu ildə irəli sürülən təkliflərə baxılıb. İşçi Qrupun iclasları açıq keçirilib, bu barədə sosial şəbəkələrdə və KİV-də elanlar verilib və maraq göstərən QHT-lər dəvət olunub.
Azərbaycan Açıq Hökumət Platforması ilə birlikdə vətəndaş cəmiyyəti institutları da müzakirələrdə fəal iştirak ediblər. Hazırda 2020-2022-ci illəri əhatə edəcək yeni Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı layihəsində ilkin olaraq elektron hökumətin inkişafı və elektron xidmətlətin genişləndirilməsi, təkmilləşdirilməsi, dövlət qulluğunda şəffaflığın gücləndirilməsi, dövlət satınalmalarının təkmilləşdirilməsi, maliyyə, təhsil, səhiyyə sahələrində şəffaflığın artırılması, həmçinin korrupsiyaya qarşı mübarizə tədbirləri nəzərdə tutulur".
Z.İbrahimli layihə çərçivəsində Açıq Hökumət Platforması tərəfindən hazırlanan təklifləri təqdim edib. Müzakirələrdə irəli sürülən təkliflərlə bağlı fikir mübadiləsi aparılıb, yeni təkliflər irəli sürülüb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı