20-11-2019 [20:06]
Almaniya Federal Polisi azərbaycanlı siyasi mühacirlər-Azərbaycan Daxili İşlər Nazirliyinin keçmiş polkovniki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, sabiq deputat Sabir Rüstəmxanlının qardaşı Əlövsət Əliyev və müxalifət partiyası "Müsavat”ın Xarici Mərkəzinin lideri Mehti Xəlilbəylinin qanunsuz ticarətdə və gizli əməliyyatlarda, eləcə də sənədlərin saxtalaşdırılmasında və çirkli pulların yuyulmasında iştirakçı olmaları şübhəsi ilə xüsusi araşdırma aparır.
Frankfurt-Mayn Federal Polisinin Kriminal İdarəsi Koblenz prokurorluğunun sorğusu üzrə on üç obyektdə yoxlamalar keçirib.
Araşdırmalar Köln, Frankfurt, Visbaden və Düsseldorfda da həyata keçirilib. Almaniya polisi Əlövsət Əliyev və Mehti Xəlilbəyliyə məxsus mənzillərdə və ticarət obyektlərində axtarış aparıb. Bu şəxslərdən əlavə daha altı siyasi mühacirlə bağlı da istintaq aparılır. Lakin Ə.Əliyev və M.Xəlilbəyli barəsində həbs qətimkan tədbiri seçilib.
Mia.az-ın məlumatına görə, Frankfurt-Mayn Federal Polisinin Kriminal İdarəsindən virtualaz.org-a bildiriblər ki, Almaniya hüquq-mühafizə orqanlarının ehtimalına görə, 49 yaşlı Mehti Xəlilbəyli mütəşəkkil cinayətkar qrup olduğu güman edilən dəstənin başçısı ola bilər: "Hazırda səkkiz əcnəbi barəsində kommersiya və qanunsuz qaçaqmalçılıq, sənədlərin saxtalaşdırılması və çirkli pulların yuyulması şübhəsi ilə bağlı ilkin istintaq aparılır.
Onlar ən azı 20 nəfərin Azərbaycandan 3000 ilə 10.000 avro arasında pul qarşılığında Almaniyaya daşınmasında ittiham olunurlar. Cinayətkar qrup, qeyri-qanuni mühacirlərə Almaniyada uzun müddət qalmaları üçün mütəşəkkil şəkildə saxta sənədlər təqdim edib. Federal Polisin bu əməliyyatlarda iştirak edən 180 əməkdaşı xeyli sübutlar- xüsusən də noutbuk və smartfonlar kimi müxtəlif məlumat saxlama vasitələri, ayrı-ayrı sənədlər, şəxsiyyət vəsiqələri və təqribən 21 min avro məbləğində nağd pul əldə edə biliblər. Federal Polisin Kriminal İdarəsi 2019-cu ilin iyunundan bəri Koblenz prokurorunun tələbi ilə araşdırma aparır".
Koblenz prokuroru Torsten Kahl virtualaz.org-un suallarını cavablandırmağa razılıq verib:
- Cənab prokuror, Azərbaycan hakimiyyətinin yaydığı məlumata görə, noyabrın 14-də Almaniyadan çarter reysi ilə Azərbaycana 61 nəfər (22 kişi, 18 qadın və 21 uşaq) deportasiya edilib. Bu deportasiya Ə.Əliyev və M.Xəlilbəyliyə qarşı başlanan cinayət işi ilə əlaqədardır?
-Biz sizin dediyiniz şəxslərlə bağlı ilkin istintaqa başlamışıq. İttihamlar təqsirləndirilən şəxslərə təqdim olunan əməliyyat-axtarış sübutlarına əsaslanır. Ancaq bu işlə əlaqədar heç bir Azərbaycan vətəndaşı deportasiya olunmayıb.
- Ə.Əliyev və M.Xəlilbəyli konkret olaraq nədə ittiham olunurlar?
- Göstərdiyiniz şəxslər, digər Azərbaycan vətəndaşları kimi, əcnəbilərin ticarəti və qrup qaçaqmalçılığında, sənədlərin saxtalaşdırılması və çirkli pulların yuyulmasında ittiham olunurlar.
- Hazırda tutulanlar harada saxlanılırlar? Hansı şəhərdə?
- İki nəfər rəsmi qərar əsasında həbs edilib. Hazırda onlar müvafiq həbsxanalara köçürülüb.
- Bir sıra KİV-lər istintaqın miqrant alveri şübhəsi ilə daha 60 Azərbaycan vətəndaşını əhatə etdiyi barədə xəbər yayıblar?
- Bu məlumat həqiqətə uyğun deyil. Yalnız 8 Azərbaycan vətəndaşına qarşı ittiham irəli sürülüb.
-Necə düşünürsünüz, ilkin istintaq nə qədər vaxt apara bilər?
- Demək çətindir. Gördüyünüz kimi, bunlar çox ciddi iddialardır. Belə məsələlərdə proqnoz vermək çətindir. Həbs olunanlara qarşı qabaqlayıcı tədbir 6 ay müddətinə seçilib. Qanuna görə, qabaqlayıcı tədbirin müddətini uzatmaq mümkündür.
- İttiham aktı təqdim olunsa, məhkəmə hansı şəhərdə keçiriləcək?
- Yekun qərar təqdim edildiyi təqdirdə, təqsirləndirilən şəxslər Koblenz Regional Məhkəməsi qarşısında duracaqlar. Almaniya qanunlarına görə, sahə məhkəmələri, cəzasının dörd ildən çox olmadığı və ya psixiatrik klinikaya yerləşdirilməsi ilə bağlı cinayət işlərinə baxa bilərlər. İndiki halda söhbət 5 ildən 10 ilə qədər həbs cəzasından gedir.
Həbs olunan şəxslərə ittiham aktı təqdim olunarsa, proses Koblenz Regional Məhkəməsində keçiriləcək.
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI