Novruz Məmmədova yeni vəzifə verildi - Universitetdə

img

19-11-2019 [15:55]


Azərbaycanın keçmiş Baş Naziri Novruz Məmmədov yeni vəzifəyə təyin olunub.

O, Azərbaycan Dillər Universitetinə elmi işlər üzrə prorektoru təyin edilib/Report.

Məlumata görə, o, sabah kollektivə təqdim olunacaq.

Xatırladaq ki, Novruz Məmmədov 21 aprel 2018-ci il tarixindən 8 oktyabr 2019-cu ilə tarixinə kimi Azərbaycan Respublikasının Baş naziri vəzifəfəsində işləyib.

Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsinin fransız dili şöbəsini bitirib. Əvvəlcə həmin İnstitutda müəllim işləyib.

1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə yenidən Əlcəzairdə tərcüməçi, baş tərcüməçi işləyib.

1991-ci ildə dissertasiya işini müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsini alıb.

1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində işləyib.

1995-1997-ci illərdə Azərbaycan Respublikası Prezidentinin fransız dili üzrə tərcüməçisi olub.

1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilib.

2002-ci ilin yanvar ayında Prezidentin Fərmanı ilə fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib.

2005-2018-ci illərdə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü olub.

2012-ci ilin noyabr ayında Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib.

2017-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri təyin edilib.

Azərbaycan Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Baş naziri təyin edilib.

8 oktyabr 2019-cu il tarixində Baş nazir vəzifəsindən azad edilib.

2007-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə, 2017-ci ildə "Şərəf" ordeni ilə təltif edilib.

72 yaşlı sabiq Baş nazir evlidir. Üç övladı və nəvələri var.


Digər xəbərlər
SON XƏBƏRLƏR