Ərdoğandan etiraf: "ABŞ-la münasibətlərimiz gərgindir"

img

19-11-2019 [14:49]


 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisindəki qrup iclasında ABŞ-la münasibətlərin gərgin olduğunu etiraf edib.

Mia.az xəbər verir ki, o, regionda və dünyada baş verən proseslərin ABŞ-la Türkiyənin münasibətlərinin yaxşı olmasını tələb etdiyini deyib: "Aramızdakı çətinliklər süni olaraq böyüdülüb. İki ölkə arasında münasibətləri pozmağa yönəlmiş cəhdlərin əsl mahiyyətini ən yaxşı ABŞ Prezidenti Donald Tramp görür. O, Türkiyə-ABŞ münasibətlərinin pisləşməməsi üçün təşəbbüs göstərir.

Onunla ABŞ-da S-400 məsələsində həll yollarının axtarılması ilə də bağlı müzakirələr apardıq. Tramp da bu məsələdə bizə haqq verir. Ona Türkiyənin bu məsələdə geri addım atmayacağını bildirdim”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR