Avropa İttifaqı: "İsrailin məskunlaşma siyasəti qanunsuzdur"

img

19-11-2019 [13:27]


Avropa İttifaqı (Aİ) İsrailin Fələstin ərazisində saldığı məskənləri əvvəllər olduğu kimi, beynəlxalq hüquqa zidd, iki dövlət modelli çözümə zərər verdiyini bəyan edir.

"Report” AA-ya istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini ABŞ-ın dövlət katibi Mayk Pompeonun İsrailin Fələstin ərazisində saldığı məskənləri qanunsuz saymadıqları barədə açıqlamasını şərh edərkən bildirib.

"Avropa İttifaqının işğal altındakı Fələstin ərazisində İsrailin məskunlaşma siyasətinə dair mövqeyi çox açıq və dəyişməzdir. Bütün məskunlaşma fəaliyyətləri beynəlxalq hüquqa görə qanunsuz və BM Təhlükəsizlik Şurasının 2334-cü qətnaməsində göstərildiyi şəkildə iki dövlətli çözümə və davamlı sülhə nail olmaq səylərinə zərər verən haldır". 

Bu açıqlamanı yazılı şəkildə bildirən Aİ rəsmisi İsraili işğalçı qüvvə məsuliyyəti çərçivəsində sözügedən ərazidəki bütün məskənlərin fəaliyyətinə son qoymağa çağırdıqlarını da qeyd edib.

İki dövlət modelinə bundan sonra da tərəfdar çıxacaqlarını vurğulayan Aİ nümayəndəsi bunun hər iki tərəfin istəklərini ödəyəcək yeganə real həll variantı olduğunu diqqətə çatdırıb.

Bundan əvvəl ABŞ dövlət katibi Mayk Pompeo Fələstin ərazisində İsrail məskənlərinin yaradılmasını bundan sonra beynəlxalq hüquqa zidd hesab etmədiklərini açıqlamışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR