Bakıda avtomobil qaçırılıb

img

19-11-2019 [12:49]


Bakıda avtomobil qaçırılıb.

Mia.az DİN-ə istinadla bildirir ki, Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 10-cu Polis Bölməsinə (PB) müraciət edən Lökbatan qəsəbə sakini A.Zülfüqarov noyabrın 17-də saat 22 radələrində qəsəbə ərazisindən "VAZ-2107” markalı avtomobilinin qaçırıldığını bildirib.

Qaradağ RPİ 10-cu PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən E.Novruzzadə həmin gün qəsəbə ərazisində avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR