Müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək

18-11-2019 [16:40]
Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. 

Təhsil Nazirliyindən Mia.az-a verilən məlumata görə, diaqnostik qiymətləndirilmənin dekabr ayında keçirilməsi nəzərdə tutulub.

Diaqnostik qiymətləndirilmə zamanı psixoloqlara 60 test tapşırığı təqdim olunacaq. Namizədlər imtahan zamanı 90 dəqiqə ərzində test tapşırıqlarını cavablandıracaqlar. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.


SON XƏBƏRLƏR