İran hökuməti geri çəkildi - Əhaliyə pul paylanacaq

img

18-11-2019 [14:00]


İran hökuməti benzinin bahalaşmasından daha çox əziyyət çəkən imkansız təbəqələrə bu gün axşamdan etibarən müavinətlər ödəməyə başlayır.

İSNA xəbər verir ki, müavinətlər 19 milyona yaxın ailəyə veriləcək. Müavinətin məbləği ailə üzvlərinin sayına görə 0,55 milyon rialdan (5 dollar) 2,05 milyon rialadək (18 dollar) təşkil edəcək. Bu müavinətlərin daha sonra hər ay ödənilməsi nəzərdə tutulur.

Xatırladaq ki, dünən bir sıra şəhərlərdə benzinin bahalaşması ilə bağlı etiraz aksiyaları baş qaldırarkən Prezident Həsən Ruhani bahalaşmadan zərər çəkənlərəı maliyyə yardımı göstərəcəklərini açıqlamışdı.

Noyabrın 15-də İranda benzinin qiyməti 15 min rialdan (0,99 dollar) 30 min rialadək, adambaşına kvota çərçivəsində isə 50 faiz,15 min rialadək qaldırılıb. Yeni qaydalara görə hər avtomobil sahibinə kvota çərçivəsində ayda 60 litr, motosikl sahibinə isə ayda 25 litr benzin düşür/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR