İranda xalq küçələrə çıxdı, benzinin qiymətinə qarşı 37 şəhərdə etirazlar böyüdü - Ölənlər var + VİDEO

17-11-2019 [12:10]
İranda baş verən aksiyalar zamanı ölənlərin sayı artıb.

Mia.az xəbər verir ki, təhlükəsizlik qüvvələri ilə toqquşmada 25-dən çox etirazçı öldürülüb.

***

İranda benzinin ikiqat bahalaşmasına etiraz olaraq bir gün əvvəl başlayan etira aksiyaları iğtişaşlarla və təhlükəsizlik qüvvələri ilə toqquşmalarla müşaiyət olunur.

Son məlumatlara görə, təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı ölənlərin sayı 12-yə çatıb.
 
Bir etirazçı cümə günü axşam Sircan şəhərində öldürülüb. Həmin şəhərdə kütlə neft bazasına hücum edərək yandırmağa çalışıb. 

Dörd nəfər isə aldıqları güllə yaralarından Əhvaz əyalətindən cənubdakı Məhmərə şəhrində həlak olub. Paytaxt Tehranın Şəhriyar rayonunda da ən azı bir etirazçının öldürüldüyü bildirilir. 

Şənbə günü axşama olan xəbərlərə görə ən azı 13 etirazçı yaralanıb.

Etirazlar ən azı 37 şəhərdə baş qaldırıb, o cümlədən Məşhəd, Sircan, Poldoxtar, Əhvaz, Abadan, Xürrəmşəhr, Təbriz, Şiraz, İsfahan, Bəndər Abbas, Həmədan, Xürrəmabad və Girmanşah şəhərlərində güclü etirazlar qeydə alınıb. 

Sosial şəbəkələrdə həmin aksyalara və təhlükəsizlik qüvvələri ilə toqquşmalara dair videokadrlar yayılır. Belə videolardan birində Əhvaz şhərində nümayişçilərin mərkəzi meydana cəmləşdikləri, avtomobil şinlərinə od vurduqları görünür. Etirazçılar habelə yolları bağlayıblar.

Daxili işlər naziri Abdulreza Rəhmani Fəzli dövlət televiziyasında bəyan edib ki, iranlıların dinc etiraz hüququ var. Amma etirazçılar ictimai mülkiyyətə zərər vurarsa və vandalizm aktlarını davam etdirərsə təhlükəsizlik qüvvələri sakitliyi bərpa etmək üçün qətiyyətli addımlar atacaq:
 
"Təhlükəsizlik qüvvələri indiyə qədər təmkin nümayiş etdirib və etirazlara dözüb. Lakin nsanların rahatlığı və təhlükəsizliyi bizim prioritetimiz olduğu üçün əgər ictimai əmlaka və şəxsi mülkiyyətə hücumlar davam edərsə onlar sərt addımlar atacaqlar”.


Yenisabah.az


SON XƏBƏRLƏR