Prezident Sultana məktub göndərdi

16-11-2019 [15:46]
Prezident İlham Əliyev Omanın Sultanı Qabus bin Səidə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Əlahəzrət,

Oman Sultanlığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Oman xalqına daim sülh və firavanlıq diləyirəm".


SON XƏBƏRLƏR