İcra başçısının birinci müavini ərizə yazıb, vəzifədən getdi

16-11-2019 [11:24]
Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rasim Novruzov vəzifəsindən azad olunub. 

Bu barədə İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, o, səhhəti ilə bağlı ərizə yazıb və icra başçısına təqdim edib, vəzifəsindən azad olunmasını xahiş edib.

Qeyd edək ki, R.Novruzov həmçinin Rayon Fövqəladə Hallar Komissiyasının sədri idi.

Hazırda onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, Vahid Tağıyev 30.09.2019-cu ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ağsu rayon İcra Hakimiyyətinin başçısı təyin edilib/Trend.


SON XƏBƏRLƏR