Bakıya yeni mühacir köçü olacaq: "Saxta yolla oturum izni alanları da eyni təhlükə gözləyir”

15-11-2019 [17:36]
Çərşənbə günü səhər saatlarında Almaniya Federal Polisi, Koblents Prokurorluğunun təlimatı ilə Köln, Frankfurt, Visbaden və Düsseldorfdakı 13 obyektdə axtarış aparıb. 

Alman mediası xəbər verir ki, istintaq çərçivəsində azərbaycanlılar saxlanılıblar. Saxlanılanlar miqrant alverində, sənədlərin saxtalaşdırılmasında və çirkli pulların yuyulmasında şübhəli hesab olunurlar.

AYNA məsələyə aydınlıq gətirmək üçün Almaniyada yaşayan diaspor təşkilatlarımızın bir neçə nümayəndəsi ilə əlaqə saxlayıb. 

Meydan TV-nin rus bölməsinin keçmiş, "Exo Bakı” saytının isə indiki redaktoru Mövsün Hacıyev bildirib ki, saxlanılanların hamısı saxta sənəd düzəltməkdə ittiham olunurlar.

 Bir zamanlar Azərbaycan-Almaniya diaspor təşkilatlarından birində çalışmış və hazırda Almaniyada təhsil alan Səbuhi Qafarov da eyni ittihamları təsdiqləyib: "Saxlanılan və həbs edilənlər məbuatdan tanıdığım insanlardır. Siz onlar barəsində bəlkə də məndən daha yaxşı və daha çox məlumata sahibsiniz”.
 
Bloger Həbib Müntəzirin sözlərinə görə də, söhbət Almaniyaya saxta yollarla gəlməkdən gedir: "Saxlanılmaların səbəbi, əsasən saxta sənədlərlə Almaniyaya gəlməkdir. Böyük ehtimalla, bu hal daha da kütləviləşəcək. Digər saxta yolla oturum izni alanları da eyni təhlükə gözləyir”.

Qeyd edək ki, saxlanılanlardan ikisi haqqında həbs qərarı çıxarılıb. Onlardan birinin dəstənin rəhbəri olması iddia edilir. Ümumilikdə 8 şübhəli haqqında istintaq aparılır. Ən azı 20 nəfər Azərbaycandan Almaniyaya 3000 ilə 10.000 avro arasında qaçaqmalçılıqda ittiham edilir. 

Ümumilikdə 60-a yaxın şübhəli olduğu bildirilir: 

1. Elçin Əkbərov - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib.

2. İlham Həsən - Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri.

3. Mehdi Xəlilbəyli - Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini.

4. Abdin Cavadov - Müsavat AKM-in üzvü, Mehdi Xəlilbəylinin qohumu.

5. Əlövsət Əliyev - "Legat” İnteqrasiya Mərkəzinin sədri

6 Rəşad Məmmədov - Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuwied adlı şəhərdə yaşayan siyasi mühacir, Mehdinin sürücüsü.

7. Elşən Abdullayev - Almaniyada yaşayan siyasi mühacir. DAS üzvü deyil.


SON XƏBƏRLƏR