"Şərq Tərəfdaşlığı" sammiti yayda Brüsseldə keçiriləcək

img

15-11-2019 [13:06]


Avropa İttifaqının (Aİ) təşəbbüsü olan "Şərq Tərəfdaşlığı" sammitinin 2020-ci ilin iyununda Brüsseldə keçirilməsi planlaşdırılır.

"Sputnik Belarus" xəbər verir ki, bu barədə qonşuluq və genişlənmə üzrə avrokomissar olmağa namizəd Oliver Varheyi Avropa Parlamentində keçirilən dinləmələrdə bildirib.

"Şərq Tərəfdaşlığı"nın gələcəyi ilə bağlı davam edən məsləhətləşmələrə uyğun olaraq, onun güclənməsini istəyirəm. "Şərq Tərəfdaşlığı"nın uzunmüddətli siyasi məqsədləri üzrə təkliflər üzərində çalışacağam ki, Avropa Komissiyası 2020-ci ilin iyununda Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitindən əvvəl onları vaxtında təqdim edə bilsin" - O.Varheyi deyib.

Qeyd edək ki, "Şərq Tərəfdaşlığı" proqramı Aİ tərəfindən 2009-cu ildə yaradılıb və əsas məqsədi altı ölkə - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişaf etdirilməsidir/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR