“Əgər kimdəsə məlumat varsa..." - Mikayıl Cabbarov

img

14-11-2019 [16:22]


İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdə Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsində iştirak edib. 

Mia.az xəbər verir ki, nazir deyib ki, 2019-cu ilin 10 ayı ərzində respublika üzrə vergi ödəyicilərin xalis sayında artım 44 608 vergi ödəyicisi təşkil edib: 

"Başqa sözlə, vergi ödəyicilərinin sayında 10,1 faiz artım qeydə alınıb. O cümlədən, əlavə dəyər vergisi ödəyicilərinin sayında 32,9 faiz və ya 5941 ƏDV ödəyicisi, obyektlərin sayına gəldikdə isə, 7,3 faiz artım qeydə alınıb. Bunlar sağlam rəqəmlərdir”.

Nazir onu da bildirib ki, bu gün qanunvericilik çərçivəsində bütün obyektlər vergiyə cəlb edilir. O qeyd edib ki, vergi sahəsində hər hansı ayrı-seçkilik yoxdur. 

"Əgər kimdəsə məlumat varsa ki, belə hal var, biz dərhal bu halların aradan qaldırılması üçün addımlar atacağıq. Çünki bu, bizim təməl prinsipimizdir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq