Gürcüstan parlamentinin qarşısında oturaq aksiya keçirlir - FOTO

14-11-2019 [15:27]
Tbilisidə etirazçılar Gürcüstan parlamentinin binası qarşısındakı Rustaveli prospektini bağlayıblar.

"Report”un yerli bürosu xəbər verir ki, onlar oturaq aksiya keçirirlər.

Mərkəzi prospekt boyu avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb. Patrul polis əməkdaşları avtomobil yolunu açmağa çalışsalar da, aksiyaçılar buna etiraz edirlər.

Nəticədə tərəflər arasında qarşıdurma yaranıb.

Etirazçılar bildiriblər ki, onlar oturaq aksiya ilə dinc itaətsizlik nümayiş etdirirlər. 


SON XƏBƏRLƏR