UEFA "Qarabağ"a 1 milyon 460 min avro ödəyib

img

14-11-2019 [11:43]


UEFA-dan gələn vəsait "Qarabağ” klubunun hesabına köçürülüb.

Mia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA Ağdam təmsilçisi UEFA Avropa Liqasının qrup mərhələsində Lüksemburqda "Düdelanj” üzərində 4:1 hesablı qələbəyə görə 570 min avro, Bakıda Kipr APOEL-i ilə 2:2-lik heç-heçəyə görə isə 190 min avro qazanıb.

Həmçinin Azərbaycan Premyer Liqasının 2018/19 mövsümündə klubun turnir cədvəlində mövqeyinə görə 21 min avro (market-pool – ilkin ödəniş) vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb.

Beləliklə, "Qarabağ”ın büdcəsinə 781 min avro - təqribən 1 milyon 460 min manat daxil olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR