Quş qripi ilə bağlı epizotoloji monitorinqlərə başlanıb

img

13-11-2019 [19:38]


Respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə epizotoloji monitorinqlərə başlanılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Mia.az-a verilən məlumata görə, monitorinq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasının və Bərdə, Sabirabad, Quba və Lənkəran regional sınaq laboratoriyalarının, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiyasının əməkdaşlarının iştirakı ilə keçirilir.

Çöl quşları arasında monitorinqlər Abşeron yarımadasını, Şabran, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı Milli park və təbiət qoruqlarını, su-bataqlıq ərazilərini, eləcə də respublikamızın dənizsahili zonalarını əhatə edəcək. Həmin ərazilərdən toplanılan çöl quşlarının nümunələri Milli park ətrafında qurulan çadır tipli biotəhlükəsizlik səhra laboratoriyasında müayinə olunacaq. Müayinələr spesifikliyi yüksək və təsdiqləyici metod sayılan Polimeraz Zəncirvari Reaksiya ilə həyata keçiriləcək.

Eyni zamanda həmin müddətdə Abşeron, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı həyətyanı təsərrüfatlarda saxlanılan müxtəlif növ quşlardan toplanan nümunələr biotəhlükəsizlik səyyar laboratoriyasında müayinə ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq