Allahşükür Paşazadə: "Dini liderlərin Bakı sammiti dünya siyasətinə təsir edəcək"

img

13-11-2019 [16:49]


Bakıda müxtəlif dinlərin 600-dək nümayəndəsinin iştirakı ilə Dünya dini liderlərinin sammitinin keçirilməsi dünya ictimai rəyinə və siyasətinə təsir edəcək.

"Report” xəbər verir ki, bu barədə Dünya dini liderlərinin II Sammiti ərəfəsində TASS-a müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

O, Azərbaycanda belə sammitlərin təşəbbüskarının ümummilli lider Heydər Əliyev olduğunu qeyd edib.

"O vaxt onun tövsiyəsilə, onun tapşırığı ilə biz Bakıda I Dünya Dini Dialoq Sammitini keçirdik. Bu sammit gözəl bəhrəsini verdi. O zaman sammitdə çoxlu sayda dini xadimləri iştirak etmişdi. Ərazimizin 20% ermənilər tərəfindən işğal olunmasına baxmayaraq, münaqişənin sülh yolu ilə həllinə dəstək vermək üçün Müqəddəs Patriarx həmin sammitdə bütün ermənilərin katolikosu II Qareginin iştirak etməsinə nail olmuşdu. O vaxt qəbul etdiyimiz bəyannamədə hərbi əsir və girovların qarşılıqlı azad edilməsinə, ölənlərin qaytarılmasına tərəfdar olduğumuzu bildirmişdik”, - deyən QMİ sədrinin sözlərinə görə, noyabrın 14-15-də keçiriləcək sayca ikinci sammitdə 25 ilahiyyat məktəbinin nümayəndələri, patriarxlar və patriarxlıq nümayəndələri, katolik kilsəsinin nümayəndəsi, islam dininin nüfuzlu ruhaniləri, müftilər, habelə fəxri qonaq qismində bəzi dövlət rəhbərləri və parlament sədrləri iştirak edəcəklər.

Sammitin Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyilə keçirildiyini də qeyd edilib.

"Ümidvaram və əminəm ki, bu sammitdə bütün dünyadakı müxtəlif dinlərin 600-dək nümayəndəsinin iştirakı, sammitdə qəbul ediləcək bəyannamələr bütün dünyada ictimai rəyə, dünya siyasətinə müsbət təsir edəcək”, - deyən A.Paşazadə bu gün müsəlmanların BMT kürsüsündə çıxış etməkdən məhrum olduqlarına təəssüfünü də bildirib: "Çox istərdim ki, BMT kürsüsündən din xadimləri də sözlərini deyə bilsinlər. Siyasi xadimlərin belə bir imkanı var”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı