Polşada müsəlmanlara qarşı terror hücumu planı - Şübhəlilər saxlanılıb

img

13-11-2019 [15:28]


Polşa Daxili Təhlükəsizlik Agentliyinin (ABW) əməkdaşları partlayıcılardan istifadə etməklə terror aktları hazırlamaqda şübhəli bilinən iki nəfəri saxlayıb.

RİA "Novosti" xəbər verir ki, bu barədə qurumun məlumatında deyilir.

Məlumata görə, saxlanılanlar Polşada yaşayan müsəlmanlara qarşı silah və partlayıcı maddələrdən istifadə edərək hücum hazırlamaq niyyətində olub. Axtarışlar zamanı çox sayda partlayıcı maddə, silah və sursat ələ keçirilib. Agentlər həmçinin səkkiz flakon zəhərli kimyəvi maddə və partlayıcı maddələrin hazırlanmasına dair 170 material ələ keçirib.

Qeyd olunur ki, saxlanılanlar daha əvvəl Polşa parlamentinə planlaşdırılan hücumun istintaqı çərçivəsində xüsusi xidmət orqanlarının diqqət mərkəzinə düşmüşdü/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı