Azərbaycan Kubokunun püşkü atılıb - Qarşılaşmalar

13-11-2019 [15:17]
Futbol üzrə Azərbaycan Kubokunda 2019/2020 mövsümünün püşkü atılıb.

AFFA-nın inzibati binasında baş tutan tədbirdə Premyer Liqada çıxış edən 8 komandadan əlavə, I Divizionun 4 təmsilçisi - "Zaqatala", "Kəpəz", "Ağsu" və "Qaradağ Lökbatan"ın da rəqibləri bəlli olub. Komandalar reytinqlərinə əsasən 3 səbətə bölünüb.

Əvvəlcə ötən mövsüm Premyer Liqanı 5 - 8-ci yerlərdə başa vurmuş komandaların - "Zirə", "Sumqayıt", "Sabah" və "Keşlə"nin təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib. Bu mərhələnin qarşılaşmaları bir oyundan ibarət olacaq və dekabrın 4-də keçiriləcək. Qaliblər Premyer Liqada ilk 4 yeri tutmuş komandalarla - "Qarabağ", "Neftçi", "Səbail" və "Qəbələ" ilə 1/4 finalda qarşılaşacaqlar. Bu mərhələnin ilk görüşləri 15-16 dekabrda, cavab oyunları 19-20 dekabrda keçiriləcək.

Yarımfinal oyunları 2020-ci il aprelin 22-də və 29-da, final qarşılaşması isə mayın 16-da təşkil olunacaq.

Təsnifat mərhələsi

"Sabah" - "Ağsu"

"Zirə" - "Qaradağ Lökbatan"

"Sumqayıt - "Zaqatala"

"Keşlə" - "Kəpəz"

1/4 final

1. "Qəbələ" - "Sabah" / "Ağsu" cütünün qalibi

2. "Səbail" - Zirə" / "Qaradağ Lökbatan" cütünün qalibi

3. "Neftçi" - "Sumqayıt / "Zaqatala" cütünün qalibi

4. "Qarabağ" - "Keşlə" / "Kəpəz" cütünün qalibi

Yarımfinal

5. 1 cütünün qalibi - 2 cütünün qalibi

6. 3 cütünün qalibi - 4 cütünün qalibi

FİNAL

5 cütünün qalibi - 6 cütünün qalibi

Daha sonra püşklə meydan sahibləri müəyyənləşib. Beləliklə, təsnifat mərhələsində "Ağsu", "Qaradağ Lökbatan", "Keşlə" və "Sumqayıt" meydan sahibi olacaq.

Qeyd edək ki, I Divizion təmsilçilərindən "Turan Tovuz" və MOİK kubok mübarizəsinə qoşulmayıbacaq. Ötən mövsüm Azərbaycan Kubokunu tarixində ilk dəfə "Qəbələ" qazanıb/Report.


SON XƏBƏRLƏR