Türkiyədəki əcnəbi İŞİD-çilər: Avropa qəbul etmir, Ankara "bizə dəxli yoxdur" deyir - Azərbaycanlılar necə olacaq?

img

13-11-2019 [14:20]


Türkiyə həbsxanalarında hazırda 959 əcənəbi vətəndaşlardan ibarət İŞİD terrorçusu saxlanılır. Onlar yaxın günlərdə ölkərinə deportasiya ediləcək.

Mia.az xəbər verir ki, bu məlumatı Türkiyə Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, deportasiya olunacaq terrorçular arasında Rusiya (99 nəfər), Almaniya (17 nəfər), Ukrayna (4 nəfər), Hollandiya (3 nəfər), Fransa (2 nəfər), Danimarka (2 nəfər), Avstriya (2 nəfər), Kosova (2 nəfər), Bolqarıstan (2 nəfər), Rumıniya (1 nəfər), Albaniya (1 nəfər), Özbəkistan (82 nəfər), Qırğızıstan (23 nəfər), Tacikistan (21 nəfər), Misir (13 nəfər), Əfqanıstan (11 nəfər), Tunis (10 nəfər), Qazaxıstan (10 nəfər), Fələstin (9 nəfər), Mərakeş (8 nəfər), Pakistan (6 nəfər), Türkmənistan (6 nəfər), Nigeriya (3 nəfər), İran (3 nəfər), Somali (3 nəfər), Liviya (2 nəfər), İordaniya (2 nəfər), Əlcəzair (2 nəfər), Səudiyyə Ərəbistanı (2 nəfər), Yəmən (1 nəfər), Böyük Britaniya (1 nəfər), İraq (296 nəfər), Suriya (273 nəfər), ABŞ ( 2 nəfər) və Avstraliya (3 nəfər) vətəndaşları var.

Məlumata görə, ötən gün iki ABŞ, bir niderlandlı terrorçu ölkələrinə xüsusi nəzarətlə yola salınıblar.

Lakin Niderland həmin terrorçunu vətəndaşlıqdan çıxardığını elan edərək qəbul etmək istəyib. 

Anoloji vəziyyət bir Amerika vətəndaşı ilə bağlı yaranıb. Yunanıstanla sərhhəddən deport edilən əcnəbi terrorçunu Yunanıstan qəbul etməkdən imtina edib. Nəticədə o, iki ölkə arasındakı neytral zonada qalıb.

Nazir Süleyman Soylu isə "Vətəndaşlıqdan çıxarıb-çıxarmamalarının bizə dəxli yoxdur. Hamısını ölkələrinə təhvil verəcəyik", - deyə Türkiyənin qəti mövqeyini açıqlayıb. 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR