“Nə üçün bizim hərbi büdcəmiz 2023-cü ilə qədər 1,1 milyard azalır?" - Deputatdan etiraz

img

13-11-2019 [13:24]


"Nə üçün bizim hərbi büdcəmiz 2023-cü ilə qədər 1,1 milyard azalır?! Bəlkə, Dağlıq Qarabağ müharibəsini udmuşuq, yaxud daha hərbi əməliyyatlar keçirməyəcəyik? Yoxsa, hərbi avadanlıq almağa artıq ehtiyac qalmayıb?”.

Bunu deputat Tahir Kərimli Milli Məclisin bu gün keçirilən plenar iclasında dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Deputat qeyd edib ki, sosial sahəyə ayrılan vəsaitin artırılması sevindiricidir: "Ancaq müdafiə sahəsinə daha çox vəsait ayırmaq lazımdır”.

O, eyni zamanda, Ağsu-Şamaxı aşırımına vəsaitin ayrılmasını təklif edib: "10 illərdir ki, Ağsuya avtobus girib-çıxmır. Nə üçün insanlar 20 km-lik əraziyə gəlin köçürəndə 150-200 km yol fırlanıb cehiz aparmalıdır. Bu, seçicilərin mənimlə görüşəndə səsləndirdiyi problemlərdir və həll olunması yaxşı olardı”.

Bununla yanaşı, deputat maliyyə amnistisiyasının verilməsini, Azərbaycan dilinə aid elmi-tədqiqat institutunun yaradılmasının vacibliyini qeyd edib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı