BDU-nun rektoru ilə bağlı qalmaqal qızışır, ekspert iki xanım deputatı debata çağırdı: "Dərsinizi niyə demirsiniz?"

13-11-2019 [10:21]
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil eksperti Etibar Əliyev iki deputatı debata çağırıb.

Mia.az xəbər verir ki, buna səbəb ekspertin Bakı Dövlət Universitetində rektorun öz qohum-əqrabasını, universitetə toplaması, hətta baldızına iki vəzifə verməsi  haqqında yazdıqlarına deputatların özünəməxsus cavabları olub.

Ekspert isə onu böhtan atmaqda ittiham edən deputatlara belə cavab verib: 

“BDU-da baş verən biabırçılıqlar...” – Ekspert Təhsil nazirinə çağırış etdi

"Bakı Dövlət Universiteti ilə bağlı tənqidi yazılarıma həmin Universitetin iki professoru, həm də millət vəkilləri cavab verməyə çalışıblar. Kamilə Əliyeva və Jalə Əliyeva. Trollardan sonra deyəsən gender bərabərliyini qorumağa çalışıblar. 

Mənim bu iki xanıma bir ədəd sualım var. 19 il bir yerdə işlədiyiniz akademik Abel Məhərrəmovu niyə müdafiə etmədiniz? Axı o, sizlərə çox yaxşı olmuşdu. Dərslərinizi başqası deyəndə, göz yummuşdu, işə gəlməyəndə sizi yola vermişdi.

İkincisi, bu xanımlara bir ədəd də təklifim var: hər ikinizi istənilən televiziyada və istənilən qəzetdə debata çağırıram. Sizlərə Universitet dərsi keçmək istəyirəm. Bir debatda Sizin savadsızlığınızı sübut etməyə hazıram. İstəyirsiniz cüt gəlin, istəyirsiniz tək. Gender bərabərliyi xatirinə rektorunuzu da gətirə bilərsiniz. İndi təzə rektoru ona görə müdafiə edirsiniz ki, auditoriyada sizin vaxtaşırı buraxdığınız o faydasız dərslərə göz yumsun. 

Sizdən sualıma və təklifimə cavab gözləyirəm. Vəssalam...

P.S. Məncə, hər ikiniz rus dilini pis bilmirsiniz. Buna görə də Stanislav Letsin bir aforizmini sizə düşünmək üçün təqdim edirəm. Rektorunuza da verin oxusun: Плагиаторы, спите спокойно. Муза - женщина, она редко сознается, кто был первым.


SON XƏBƏRLƏR