İSBAM AMEA-nin Gəncə filialında tədbir keçirib - Konistitutsiya Günü münasibəti ilə + FOTO

img

12-11-2019 [20:49]


İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) Konistitutsiya Günü münasibəti ilə AMEA -nin Gəncə filialında tədbir keçirib. 

Mia.az xəbər verir ki, əvvəlcə İSBAM rəhbərliyi və AMEA rəhbərliyi Gəncədəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. 

Daha sonra AMEA -nın Gəncə flialında alimlərin iştirakı ilə " Ziyalı sözünün qüdrəti" adlı tədbir baş tutub. 

Tədbirdə ilk olaraq Dövlət himni səsləndi və Konstitutsiya gününə həsr olunmuş sənədli film nümayiş etdirilib. 

Sonra Elm Mərkəzinin rəhbəri, Gəncə Ziyalilar Cəmiyyətinin sədri, akademik Fuad Əliyev tədbiri açaraq Müstəqil Azərbaycanın Konsitutsiyası ilə bağlı məlumat verib.

 Daha sonra İSBAM sədri, siyasi xadim Samir Adgözəlli Müstəqil Azərbaycan dövlətinin ilk konstitutsiyasının qəbulu və Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi tarixi xidmətləri haqqında geniş çıxış edib.

Tədbirdə iştirak edən İSBAM -nin sədr müşaviri Yasəmən Möhübbətqızı, professor, əməkdar müəllim Həsənbala Sadıqov, folklorşunas, fəlsəfə doktoru Ruziyə Quliyeva, dosent Elbrus Paşayev, fəlsəfə doktoru İmran Qasımov, Texnologiya Unversitetinin müəllimi, sabiq millət vəkili Tahir Abbasov,fəlsəfə doktoru Faiq Məmmədov, Boyukmillet.com xəbər portalının redaktoru Sima Babayeva çıxışlarında ziyalı sözünün qüdrətindən və ziyalıların cəmiyyətdə rolundan, tarixi həqiqətlərimizin üzə çıxarılmasındakı fədəkarlığından söz açıblar.

Yekunda Səmimi qarşılanmaya və yaradılan şəraitə görə, Samir Adgözəlli İSBAM adından akademik Fuad Əliyevə TƏŞƏKKÜRNAMƏ təqdim edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub