Müsavat Partiyasının başqanı sərbəst buraxıldı

12-11-2019 [17:40]
Müsavat Partiyasının başqanı Arif Hacılı sərbəst buraxılıb.

Bu barədə müsavatçılar sosial şəbəkədə məlumat yayıblar.

***

Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb.

Bu barədə Müsavatdan Mia.az-a verilən məlumata görə, A.Hacılı bu gün polis əməkdaşları tərəfindən saxlanılıb və polis bölməsinə aparılıb.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının noyabrın 12-də BŞİH-in binası qarşısında piket keçirməsi ilə bağlı müraciətinə cavab verərək, piketin keçirilməsini məqsədəuyğun saymadığını bildirib. Daha sonra Müsavat Partiyası noyabr ayın 12-də BŞİH-nın qarşısında razılaşdırılmamış aksiya keçirəcəyini elan edib.


SON XƏBƏRLƏR