Spiker: "Bu gün geniş struktur islahatları aparılır"

12-11-2019 [13:22]
"Vergi və gömrük sistemində islahatlardan sonra bu gün geniş struktur islahatları aparılır. Dövlət idarəçiliyinin yeni yanaşmaları tətbiq edilir".

Bunu parlamentin dövlət büdcəsinin müzakirəsinə həsr olunan plenar iclasında çıxışı zamanı Milli Məclisin spikeri Oqtay Əsədov deyib.

O. Əsədov bildirib ki, bu gün "Doing Business” hesabatında Azərbaycan dünyanın 20 islahatçı ölkəsi arasında yer alıb: "Biznesin başlanılmasına görə ölkəmiz dünyada doqquzuncu yeri tutub. Azərbaycanda ardıcıl xarakter daşıyan islahatlar iqtisadi inkişaf üçün əvvəlki illərdə yaradılmış potensialı daha da gücləndirir".

Onun sözlərinə görə, qeyri-neft senayesinin, xüsusilə kənd təsərrüfatı sürətlə inkişaf edir: "Ölkədə valyuta ehtiyatları son bir ildə 9%-dən çox artaraq 48,5 milyard dollar təşkil edib. 9 ayda ölkə iqtisadiyyatına 10 mlrd manatdan çox investisiya yatırılıb. Bu vəsaitin 60%-dən çoxu qeyri-neft sektoruna yönəlib. 9 ayda əhalinin gəlirləri 8,9% artıb, inflyasiya isə cəmi 2,6% təşkil edib.


SON XƏBƏRLƏR