11-11-2019 [20:00]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 11-də Heydər Əliyev Fondu tərəfindən Bakının Xətai rayonunda salınan yeni "Gənclik” parkında "Təbiət naminə birləş! Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak ediblər.
Mia.az xəbər verir ki, Prezident və xanımı layihədə iştirak edən gənclərlə görüşüb, onlarla şəkillər çəkdiriblər.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov dövlət başçısına və birinci xanıma Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən salınacaq yeni park barədə məlumat verərək deyib:
- Cənab Prezident, bura parkın ən hündür məntəqəsidir. Buradan bütün ərazi görünür. Parkın ərazisi 37,2 hektardır.
Prezident İlham Əliyev: Buradan gözəl mənzərə açılır.
Anar Ələkbərov: Elədir. Mehriban xanımın tapşırığına əsasən biz buraları qoruyub saxlamışıq və çalışırıq ki, tezliklə bu parkı insanların istifadəsinə verək. Bu ərazinin yeni planı nəzərdə tutulub. Burada böyük, özü də sadə bir park olacaq.
Birinci xanım Mehriban Əliyeva: Təbii park.
Prezident İlham Əliyev: Bəli, təbii.
Anar Ələkbərov: İnsanların asudə vaxtlarının səmərəli təşkili üçün burada bütün şərait yaradılacaq.
Prezident İlham Əliyev: İdman meydançaları da.
Anar Ələkbərov: Əsasən idman meydançalarına, idman qurğularına üstünlük veriləcək. Burada insanların daha çox təbiət qoynunda idman etmələri üçün xüsusi zolaqlar, velosiped yolları, sadə pikniklər üçün yerlər olacaq. İnsanların vaxtlarını, bayramlarını burada keçirmələri üçün bütün imkanlar yaradılacaq.
Prezident İlham Əliyev: Çox yaxşı. Burada iaşə obyektləri də olmalıdır ki, vətəndaşlar gələndə onlardan istifadə edə bilsinlər.
Anar Ələkbərov: Elədir, cənab Prezident.
Prezident İlham Əliyev: Amma əlbəttə ki, bu təbii mənzərə qorunmalıdır. İndi burada yeni ağaclar əkilir.
Anar Ələkbərov: Bu gün 30 minə yaxın ağac əkiləcək. Sizin dəstəyinizə böyük ehtiyacımız var ki, biz bu parkı salaq və insanların istifadəsinə verək.
Prezident İlham Əliyev: Hesab edirəm ki, park qısa müddət ərzində tamamilə abadlaşdırılacaq və vətəndaşlar üçün burada gözəl imkanlar yaradılacaq.
Birinci xanım Mehriban Əliyeva: Suvarma sistemi necə olacaq?
Anar Ələkbərov: Artıq onu həll edirik. Bu gün ağacları əkirik deyə biz artıq Sizin göstərişinizlə suvarma sistemini də çəkdik. Amma təbii ki, burada əlavə işlər var. İşıqlandırma sistemlərinə yenidən baxılmalıdır. Xüsusi suvarma sistemləri qurulmalıdır. Onu təşkil edəcəyik.
Prezident İlham Əliyev: Burada zeytun ağacları da görürəm. Vaxtilə əkilib?
Anar Ələkbərov: Bəli, vaxtilə burada çoxlu zeytun ağacları olub, məhsul da yığılıb.
Prezident İlham Əliyev: İndi də əkmək lazımdır, əsasən zeytun və şam ağacları.
Anar Ələkbərov: Biz burada Eldar şamına da üstünlük veririk. Əvvəllər burada zeytun ağacları ilə bərabər, Eldar şamları da çox idi. Ona görə bu qaydada davam edəcəyik.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parkda agac əkiblər.
Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyev Azərbaycan vətəndaşının sosial məsələlərinin həllini, onların sağlamlıqlarının qorunmasını prioritet məsələlərdən biri kimi müəyyənləşdirib. Bu istiqamətdə indiyədək çox sayda layihələr icra olunub. Bu layihələr sırasında əhalinin sağlam ekoloji mühitdə yaşaması məsələsinə də xüsusi diqqət yetirilir. Ölkəmizdə həyata keçirilən ekoloji siyasət nəticəsində yeni yaşıllıqların salınması, mövcudlarının qorunması ilə yanaşı, eyni zamanda, əvvəllər heç bir yaşıllıq olmayan sahələrdə də ağacəkmə aksiyalarının keçirilməsi Azərbaycanda ekoloji durumun yaxşılaşdırılmasına mühüm töhfələr verir, yaşıllıq zonalarının sahəsini artırır.
Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dövlət səviyyəsində həyata keçirilən layihələrə birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da xüsusi diqqət yetirir. Ölkəmizdə yeni yaşıllıqların salınmasında və mövcud yaşıllıq sahələrinin qorunmasında Fondun töhfəsi olduqca böyükdür. Bu məsələdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə ekoloji durumun daha da yaxşılaşdırılması, yeni yaşıllıqların salınması məqsədilə icra olunan layihələrin də mühüm rolu var. Bu baxımdan Heydər Əliyev Fondunun "Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi xüsusi əhəmiyyət daşıyır.
Aksiyada gənclər, rayon sakinləri, Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin könüllüləri fəal iştirak ediblər.
Bakıda və respublikanın müxtəlif rayonlarında ağacəkmə aksiyalarının təşkilini nəzərdə tutan layihə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərin aradan qaldırılması istiqamətində mübarizədə birgə fəaliyyətə səsləyir. Layihənin məqsədi, eyni zamanda, insanları nəcib təşəbbüslər ətrafında birləşdirməyə yönəlib. Dövlət Bayrağı bayramının qeyd edildiyi günlərdə və 12 noyabr - Konstitusiya Günü ərəfəsində təşkil olunan bu aksiya həm də vətəndaşların ölkə üçün vacib layihə ətrafında birləşməsi ilə yadda qalıb.
Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ağacəkmə aksiyasının iştirakçıları ilə görüşüb söhbət ediblər.
Sonda xatirə şəkilləri çəkdirilib.
Nazir sabiq rəisə yeni vəzifə verdi
Sabiq direktorunun cinayət işi məhkəməyə göndərilib
Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
Məhkəmə Ələsgər Məmmədliyə "yox!" dedi
"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin..." - Prezidentin köməkçisi
Güclü külək əsəcək - Xəbərdarlıq
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb