Almaniya Bundesliqasında insident: məşhur futbolçu məşqçini itələyib yerə yıxdı

img

11-11-2019 [10:46]


Almaniya Bundesliqasının XI turunda "Frayburq”un evdə "Ayntraxt”ı 1:0 hesabı ilə məğlub etdiyi oyunda insident baş verib.

"Report”un məlumatına görə, 90+5-ci dəqiqədə qonaqların futbolçusu David Abraham meydan sahiblərinin baş məşqçisi Kristian Ştrayxı itələyərək yerə yıxıb. Bundan sonra hər iki komandanın oyunçuları arasında qarşıdurma olub.

Hakimlərin müdaxiləsindən sonra kütləvi davanın qarşısı alınıb. Referi Abrahama qırmızı vərəqə verib.
verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR