Oqtay Gülalıyevin oğlu: "Atamın beyın hüceyrələrindən 3-ü sıradan çıxıb, ancaq gözü ilə..."

img

08-11-2019 [18:13]


Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz atasının vəziyyəti ilə bağlı acı xəbəri paylaşıb.

Mia.az  xəbər verir ki, o, atasının səhhəti ilə bağlı Türkiyə həkimlərinin rəyini açıqlayıb:

"Təəssüflər olsun... Türkiyə həkimləri atam Oqtay Güləliyevlə bağlı etdikləri (KT) müayinənin cavablarını açıqladılar.

Həkimin dediyinə görə, atamın beyın hüceyrələrindən 3-ü sıradan çıxıb. Bərpası mümkün olmayacaq. İndidən sonra atam ancaq bu vəziyyətdə yaşayacaq. Ancaq gözü ilə həyata baxacaq".

Təbriz Gülalıyev bildirib ki, atasının komadan nə vaxt çıxacağı da bəlli deyil: 

"6 ayamı, 3 iləmi? Bunu da heç kim bilmir...".

Qeyd edək ki, Oqtay Gülalıyev Birinci Vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə xüsusi təyyarə ilə Türkiyəyə aparılıb, orada müalicə olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR