Baş həkimə 125 min manat "atan" şəxslərə ağır cəza verildi

img

08-11-2019 [16:32]


Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Elxan Hümbətov, Rövşən Əliyev və Hətəmxan Çobanov un cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Samir Əliyevin sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən, Elxan Hümbətova 12 il, Rövşən Əliyevə 9 il, Hətəmxan Çobanova isə 8 il azadlıqdan məhrumetmə cəzası verilib.

Təqsirləndirilən şəxslər özlərini vəzifəli şəxslər, həmçinin yüksək vəzifəli şəxslərin qohumu kimi təqdim etməklə üç nəfərdən külli miqdarda pul almaqda və şantaj yolu ilə pul istəməkdə təqsirli biliniblər.

Zərərçəkmiş şəxslərdən biri Qusar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Zeynalovdur. Təqsirləndirilənlər isə bildiriblər ki, Mübariz Zeynalovdan 125 min manatı şantaj yolu ilə deyil, Sumqayıt şəhərinə baş həkim vəzifəsinə düzəltmək adı ilə alıblar.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə pul tələb etmək ittihamı irəli sürülüb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR