Mia.az xəbər verir ki, bunu ReAl partiyasının Məclis üzvü Erkin Qədirli Məclis başqanı Azər Qasımlının ötən gün istefa verməsinə münasibətdə deyib.
O bildirib ki, sistem problemində günahkar axtarmağın bir anlamı olmur: "Amma buna həvəsi olanlar günahı şəxsən məndə görə bilərlər. Son gedişat məni qəzəbləndirdi. Ona görə də dərhal heç nə yazmadım. Azər Qasımlının xətrini çox istəyirəm, dostumdur. Odur ki, o, mənim üçün hər zaman əziz olacaq. Azər seçimini etdi. Onun seçimilə, yumşaq desəm, razı deyiləm, amma ona (seçimə) hörmətlə yanaşıram. Azərin getməyindən faydalanmağa çalışanları da qınamıram”.