Əsgərimiz şəhid oldu

img

07-11-2019 [13:18]


Sosial şəbəkələrdə Dövlət Sərhəd xidmətinin əsgəri Babək Vəli oğlu Aslanovun dünən gecə saatlarında cəbhənin Qazax istiqamətində şəhid olduğu barədə xəbər yayılıb. 
 
Modern.az-ın əməkdaşı xəbəri dəqiqləşdirmək üçün öncə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzi ilə əlaqə saxlamağa çalışıb. 
 
Ancaq DSX-nın mətbuat xidməti həmişəki kimi telefon zənglərinə cavab verməyib. 
 
DSX-nın mətbuat xidmətinin rəisi Rövşən Cahangirovu tapmaq müşkülə çevrilib.
 
Xaçmaz Rayon İcra Hakimiyyətindən İctimaiyyətlə əlaqələr departamentinin aparıcı məsləhətçisi Yaqut Məsimova isə sosial şəbəkələrdə yayılmış məlumatı  təsdiqləyib: "Babək Aslanov dünən şəhid olub. Hazırda cənazə dəfn olunmaq üçün Xaçmaz rayonunun Mollabürhan kəndinə gətirilir”.
 
Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR