Yevlaxda yol qəzası olub, xəsarət alanlar var

07-11-2019 [12:47]
Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

Hadisə zamanı Yevlax rayon sakini, 1958-ci il təvəllüdlü Almaz Xəlilova və Mingəçevir şəhər sakini, 1987-ci il təvəllüdlü Sadiq Aydınov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər ikisi Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin kafi və qənaətbəxş olduğu bildirilir.

Hadisənin dəqiq səbələri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq. 

Xatırladaq ki, Yevlax-Xaldan yolunun rayon ərazisindən keçən hissəsində yüksək sürətlə hərəkətdə olan "Ford" markalı avtomobil idarəetmədən çıxaraq "Opel" markalı avtomobillə toqquşub/Report.


SON XƏBƏRLƏR