Maştağa qəsəbə sakinini maşın vurub öldürdü

img

23-10-2019 [14:24]


Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Mia.az DİN-ə istinadla bildirir ki, bu gün saat 1 radələrində Sabunçu qəsəbəsi ərazisində Maştağa qəsəbə sakini Y.Mürşüdov idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Rüfan Bağırovu vurub.

Piyada xəstəxanaya aparılarkən yolda ölüb. 

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR