NAZİRLƏR KABİNETİNDƏ KADR İSLAHATI - Yeni Baş nazirdən yeni təyinatlar

img

23-10-2019 [10:58]


Yeni Baş Nazir Əli Əsədovun Nazirlər Kabinetində kadr islahatları davam edir.

Məlumata görə, Ə.Əsədovun sərəncamları ilə Ələsgər Ələsgərov Baş Nazirin köməkçisi, Hikmət Xəlilov Nazirlər Kabinetinin İşlər müdiri təyin edilib.

Məlumata görə, kadr islahatları Nazirlər Kabinetinin digər şöbələrini də əhatə edəcək/Report.

Xatırladaq ki, Əli Əsədov ilk əmri ilə Nazirlər Kabinetinin İşlər müdiri Adil Əhmədov işdən çıxarmışdı. O, eyni zamanda,  dövlət qulluğunda olmanın yaş həddinə çatması ilə əlaqədar Azərbaycan Respublikası Baş Nazirinin köməkçiləri Tofiq Sarıcalinski və Natiq Əzizov tutduqları vəzifələrindən azad edib.

 Qeyd edək ki, postunu itirən Adil Əhmədov keçmiş Baş nazir Novruz Məmmədovun ən etibarlı kadrı olub. Belə ki, Məmmədov Baş nazir təyin olunduqdan qısa müddət sonra Adil Əhmədova hökumətdə ciddi vəzifə verib. Buna qədərsə, Adil Əhmədov Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinə rəhbərlik edib.

Yeri gəlmişkən, bir neçə gün əvvəl Prezident İlham Əliyev Baş nazirin iki müavini Hacıbala Abutalıbovla Əli Həsənovu da vəzifələrindən çıxarıb.

Dünənsə iqtisadiyyat naziri Şahin Mustafayev Baş nazirin müavini təyin edilib.

Gözlənilir ki, Baş nazirə bu günlərdə daha bir müavin təyin olunacaq,

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR