22-10-2019 [21:30]
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu 75 illiyini qeyd edir.
Bununla bağlı Rusiyanın "Rossiya-24” telekanalında Azərbaycan Prezidenti İlham Əliyevin də müsahibəsinin yer aldığı reportaj yayımlanıb.
Mariya Bondaryovanın müəllifi olduğu reportajda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu dünya elitasının kadrlar emalatxanası adlandırılır. Yetmiş beş il ərzində bu ali təhsil müəssisəsi beynəlxalq səviyyəli mütəxəssislərin hazırlanması üzrə aparıcı dünya mərkəzi kimi tanınıb. Hazırkı dövlət başçıları, nazirlər, milyarderlər, diplomatlar və məşhur jurnalistlər vaxtilə öz yollarını buradan başlayıblar.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov ali təhsil müəssisəsinin mühazirəçilərinin çox böyük nüfuza malik olduğunu bildirərək qeyd edir ki, vaxtilə burada dərs dəyənlər sonradan tanınmış siyasətçilər, diplomatlar, səfirlər kimi öz fəaliyyətlərini davam etdiriblər. Onların arasında Azərbaycan Prezidenti İlham Əliyev də var.
Reportajda vurğulanır ki, valideynləri onu məktəbə tez göndərdiyinə görə Azərbaycanın dövlət başçısı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna imtahanları 15 yaşında verib.
Bu barədə Prezident İlham Əliyev deyir:
"Mən Moskvaya ali məktəbə qəbul olunmağa arayışla gəlmişdim. İlk qış sessiyası qabağı isə 16 yaşım tamam oldu və mən pasport aldım. Əlbəttə, bu, yeniyetməlik çağıdır. Amma mən institutda özümü çox rahat hiss edirdim. Çünki şərait çox müsbət idi, həm qrupdakı uşaqlarla, həm də müəllimlərlə çox yaxşı münasibətlərim yaranmışdı. Həmin illər unudulmazdır. Onlar mənə bilik, ünsiyyət təcrübəsi verib. Bu, ilk müstəqil həyat təcrübəsi idi.
Deməliyəm ki, institutu bitirdikdən sonra mən ölkələrdən birində SSRİ səfirliyində işə təyinat alsam da, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda qalmağa üstünlük verdim. Aspiranturaya daxil oldum, dissertasiya müdafiə etdim, bundan sonra xeyli illər orada işlədim. Yəni, mənim 15 ilim institutla əlaqədar olub. Əlbəttə ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının ilk forumunun mənim təşəbbüsümlə Bakıda keçirilməsini elə bütün bunlar müəyyənləşdirdi. Hətta yadımdadır, o vaxt zarafat etdim ki, başqa cür ola da bilməz, təkcə ona görə yox ki, həmin vaxt mən yeganə Prezident idim, həm də əlifbaya uyğun olaraq istər ölkənin, istərsə də soyadımın ilk hərfinə görə belə olmalı idi. Forum Bakıda keçirilməli idi. Çox şadam ki, bu forum artıq ənənəyə çevrilib, məncə artıq 5-ci dəfə keçirilib. Əlbəttə ki, bu, hamımızı birləşdirir. İnstitut müəllimlərimi, dostlarımı fərəhlə xatırlayıram və bu yubileydə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna yeni uğurlar arzulayıram. Şadam ki, bu ali məktəbə uzun illərdir mənim mehriban dostum Anatoli Vasilyeviç Torkunov başçılıq edir, İnstitutun inkişafında, dünyanın ən aparıcı ali məktəblərindən biri kimi tanınmasında onun çox böyük xidmətləri var”.
Reportajda deyilir ki, tanınmış məzunlar Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tədbirlərində daim xatırlanır. Jurnalist Mariya Bondaryova ali təhsil müəssisəsində nadir sənədlərin nümayiş olunduğunu deyir. Bu sənədlər arasında Azərbaycan Prezidenti İlham Əliyevin tələbə bileti də var.
Reportajda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, ali təhsil müəssisəsinin Qəyyumlar Şurasının sədr müavini Alişer Usmanov, Rusiyanın Mədəniyyət naziri Vladimir Medinski, tanınmış aparıcı Sergey Brilyovdan müsahibələr də yer alıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun 75 illik yubileyi münasibətilə keçirilən təntənəli tədbirə təbrik məktubu ünvanlayıb. Məktubu ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu oxuyub.
Məktubda deyilir ki, hazırda bu İnstitut haqlı olaraq Rusiya ali təhsilinin flaqmanı, keyfiyyətli təhsilin rəmzi sayılır/Azərtac.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb