"Qarabağ"ın APOEL-lə oyununa 25 min bilet satılıb

22-10-2019 [17:24]
"Qarabağ”ın  Bakıda Kipr APOEL-inə qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu üçün indiyədək 25 min bilet satılıb.

Mia.az kluba istinadla xəbər verir ki, ən ucuz bilet 2 manatadır. Satışda 5 manat, 10 manat, 15 manat, 50 manat və VİP sektor üçün 70 manata biletlər də var.

Qeyd edək ki, oyun oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:55-də başlayacaq.


SON XƏBƏRLƏR