Bu ərazilərdə yeni qoruqlar yaradılacaq - Sərəncam + SİYAHI

22-10-2019 [17:15]

Prezident İlham Əliyev "Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında" sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, "Çıraqqala” və "Şabran şəhəri” tarixi qoruqlarının ərazisi "Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Şəmkir rayonunun tarixi ərazisi "Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu,  Ağsu rayonunun tarixi ərazisi "Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib.

Mədəniyyət Nazirliyinə "Nizami Gəncəvi məqbərəsi” kompleksinin Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibində fəaliyyətini təmin etmək; "Çıraqqala–Şabran”, "Qədim Şəmkir Şəhəri” və "Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının idarə olunmasını təmin etmək tapşırılıb.



SON XƏBƏRLƏR