Türkiyə hökuməti Suriyadakı itkilərini açıqlayıb

22-10-2019 [16:03]
Suriyanın şimal-şərqindəki "Barış pınarı” antiterror əməliyyatı zamanı 7 hərbi qulluqçu şəhid olub, 90 nəfər yaralanıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sözçüsü Nadide Şebnem Aktop məlumat verib.

O, atəşkəs elan olunandan etibarən terror qruplaşmaları tərəfindən 42 dəfə razılaşmanın pozulması halının qeydə alındığını, PKK/YPG dəstələrinin təhlükəsizlik bölgəsindən çəkilməsinin davam etdiyini diqqətə çatdırıb.

"TRT World” xəbəri verir ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Barış pınarı” əməliyyatı zamanı azı 20 nəfər mülki şəxsin, 7 türk hərbçisinin, 79 nəfər Suriya Milli Ordusu döyüşçüsünün həlak olduğunu, 775 terrorçunun öldürüldüyünü və ya təslim olduğunu, 2200 kvadrat kilometrədək ərazinin terrordan təmizləndiyini açıqlamışdı/Report.


SON XƏBƏRLƏR