Şəki sakinləri narkotiklə tutuldu

22-10-2019 [10:57]
Şəki rayon sakinlərindən narkotik vasitə götürülüb. 

DİN Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Z.Qasımov saxlanlılıb. Axtarış zamanı ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

Davam etdirilən əməliyyat tədbirləri ilə ona həmin narkotik vasitəni satan şəxsin rayonun Böyük Dəhnə kənd sakini Fərhad Qəhrəmanov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. 

F.Qəhrəmanovdan şəxsi axtarış zamanı 4 qram, yaşadığı evə baxış keçirilən zaman oradan 320 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.


SON XƏBƏRLƏR